Maraqlı

Haqq tərəfdarı olanların nişanələri bu cür olur

28 İyun 2020 22:50
Baxış: 1 325
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ayətullah Cavadi Amulinin əxlaq dərslərindən)

O insan ki, özünü tanıma yolu ilə Allahı tanıyar - haqq tərəfdarı olar. Bu insanın qibləsi haqq olar. Öz ziyanını düşünməz, ancaq haqqı düşünər.

İmam Sadiq (ə) buyurur: "Həqiqi imanın nişanəsi odur ki, haqqı zahirdə ziyanınıza olsa belə, qəbul edəsiniz. Batili faydanıza olsa belə, qəbul etməyəsiniz".

Haqq tərəfdarlarını bu nişanələr ilə tanımaq olar:

1. Qəzəbdən uzaq olarlar. Haqq tərəfdarı olan insan, həyatının üç halında: xoşluqda, qəzəbdə və qüdrətdə haqqa əməl etməkdən çəkinməz.

Həzrət Peyğəmbər (s) buyurur: "Üç sifət hər kimdə olarsa, imanı kamil olar:

- Xoşluq zamanı batilə meyil etməz.

- Qəzəblənən zaman haqq dairəsindən çıxmaz.

- Qüdrət zamanı öz malı olmayana əl uzatmaz".

2. İnsanlara qarşı insaflı olar. Haqq tərəfdarı olan şəxsin nişanələrindən biri də insaflı olmaqdır. Həzrət Peyğəmbər (s) buyurur: "Həqiqi mömin o kəsdir ki, insanlarla rəftarda insaflı olar".

3. Nəsihəti qəbul edər. İmam Əli (ə) buyurur: "Nəsihəti qəbul etmək - insanın üstünlüyünün və müvəffəqiyyətinin nişanəsidir".

4. Dindarlıq. İmam Səccad (ə) buyurur: "Heç bir ibadət, dinə elm və həmahənglikdən başqası ilə həyata keçməz".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.