Maraqlı

Yenilənmiş BMW M5 modelinin şəkli peyda olub - FOTO

4 İyul 2020 21:01
Baxış: 1 603
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

BMW Blog saytı yaxın zamanlarda debütü gözlənilən yenilənmiş BMW M5 modelinin şəklini dərc edib. Şəkildə, Imola Red rənginə boyanmış BMW M5 Competition modeli təsvir edilib: yenilənmiş sedan əvvəlkindən işıq texnikası, enli şaquli zolaqları olan təkmilləşdirilmiş radiator barmaqlığı və yeni bamperləri ilə fərqlənir. Avtomobilin salonunda da dəyişikliklərin olacağı gözlənilir.

Portalın bildirdiyinə görə, modelin mühərrik çeşidi dəyişilməz qalıb: yenilənmiş M5 sedanı 600 at qüvvəsi və 750 Nm fırlanma anı hasil edən 4.4-litrlik V8 turbomühərriki ilə təklif ediləcəkdir. M5 Competition versiyasında isə mühərrikin gücü 625 at qüvvəsi təşkil edəcəkdir.

Milli.Az autograph.az-a istinadən bildirir ki, bundan əlavə, daha güclü M5 CS modifikasiyasının da debüt edəcəyi gözlənilir. CS indeksli model aerodinamik cəhətdən digər bərkgedən sedanlardan daha üstün olacaqdır. BMW M5 CS modeli karbon-saxsı əyləc mexanizmlərinə və yenidən tənzimlənmiş asqı sisteminə sahib olacaqdır.

Dizayndakı dəyişikliklərə gəldikdə isə, yenilənmiş M5 modeli karbondan hazırlanmış yeni aerodinamik kuzov dəstini və lazer LED optikasını əldə edəcəkdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.