Maraqlı

Novitec Ferrari F8 Tributo üçün ilk tüninq proqramını hazırlayıb - FOTO

2 İyul 2020 23:01
Baxış: 1 479
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın Novitec tüninq atelyesi Ferrari F8 Tributo superkarı üçün ilk təkmilləşdirmələr dəstini hazırlayıb. Mütəxəssislər mühərrikin gücləndirilməsini, asqının hündürlüyünün azaldılmasını, buraxılış sisteminin dəyişdirilməsini, Vossen firmasının xüsusi təkər disklərini quraşdırılmasını və salonun yenidən üzlənməsini təklif edirlər.

Milli.Az autograph.az-a istinadən bildirir ki, atelye mütəxəssisləri superkarın 3,9-litrlik V8 turbomühərrikinin idarəetmə blokunu dəyişdirərək, paslanmayan poladdan hazırlanmış idman buraxılış sistemini quraşdırmağı təklif edirlər. Səsboğucu sistem elektronika ilə idarəolunan çəpərciklər ilə təchiz edilə bilər.

Bütün bu təkmilləşdirmələr nəticəsində mühərrikin gücü 787 at qüvvəsinə, fırlanma anı isə 882 Nyuton metrə qədər artırılıb. Xatırladaq ki, sportkarın standart variantı 720 at qüvvəsinə və 770 Nm fırlanma anına malikdir. Hasilatın artması avtomobilin dinamikasına müsbət təsir göstərib: kupe 100 km/saat həddinə sürətlənməyə 0,2 saniyə daha az vaxt sərf edir. Artıq arxa ötürməli superkara ilk "yüzlüyü" toplamağa 2,7 saniyə gərəkdir.

Novitec tərəfindən təkmilləşdirilmiş superkarı yalnız 10-milli Vossen NF9 təkər diskləri sayəsində tanımaq olar. Sportkar öndə 21-düymlük, arxada isə 22-düymlük təkər diskləri ilə təchiz edilir. Disklər üçün 72 növ parlaq və tutqun çalar nəzərdə tutulmuşdir. Eyni zamanda, superkarın təchizatına Pirelli P Zero şinləri də daxildir.

Novitec atelyesi, əlavə ödəniş qarşılığında, avtomobili, onun klirensini 35 millimetr azaldan xüsusi yaylar ilə təchiz etməyə hazırdır. Yolda "uzanmış polisləri" qət etmək üçün isə, Novitec mütəxəssisləri ön tərəfi 40 millimetr qaldıran sistemi də quraşdırmağa hazırdırlar.

Novitec Ferrari F8 Tributo modelinin nümayiş üçün hazırlanmış versiyasının salonu qara və boz rəngli dəri ilə tərtib edilib, döşəməyə isə xüsusi tüklü örtük sərilmişdir. Bununla belə, atelye mütəxəssisləri müştərinin istəyi ilə salonu istənilən rəng və çeşiddə materiallarla tərtib etməyə hazırdılar.

Ferrari nümyəndələri F8 Tributo modelinin aerodinamik cəhətdən mükəmməl olduğunu vurğulasalar da, Novotec dizaynerləri və mühəndisləri superkarın yerəbasma gücünü artıracaq, orijinal aerodinamik kuzov dəstini hazırlamağı planlaşdırırlar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.