Maraqlı

Kişi öz əmlakını filə vəsiyyət etdi - Ailə üzvləri etiraz edirlər

15 İyun 2020 14:11
3 Şərh     Baxış: 1 436
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hindistan sakini əmlakını bir vaxtlar onun həyatını xilas etmiş filə vəsiyyət edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qəribə vəsiyyətnamə sahibi, 50 yaşlı Məhəmməd Aktar ölkənin Bihar ştatında yaşayır.

M.Aktar qeyd edib ki, bir neçə il əvvəl Moti adlandırdığı fil onu öldürmək istəyən silahlı şəxsə mane olub.

Sahibi 2,5 hektar torpaq sahəsini məhz Motiyə vəsiyyət edib.

M.Aktarın həyat yoldaşı və övladları ailə başçısının vəsiyyətindən narazı olduqlarını bildiriblər.

Kişi isə Motinin onun üçün hansı dəyərə sahib olduğunu anlamayan yaxınlarına görə təəssüfləndiyini qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.