Maraqlı

Kino tarixində ən populyar film qəhrəmanının adı açıqlanıb

12 İyun 2020 21:40
1 Şərh     Baxış: 1 101
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Empire" jurnalının oxucuları kino tarixində ən populyar film qəhrəmanını seçib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, jurnalın tərtib etdiyi reytinqə arxeoloq İndiana Cons başçılıq edir. Filmlər seriyasında onu amerikalı aktyor Harrison Ford canlandırıb.

Populyarlığına görə ikinci və üçüncü yerlərdə müvafiq olaraq "Yad" filminin qəhrəmanı Ellen Ripli və "Dəmir adam" filminin personajı Marvel qərarlaşıb. Siyahıda sonrakı yerləri "Ulduz müharibələri" filmindən tanıdığımız Kapitan Amerika, Lyuk Skayuoker və şahzadə Leya, həmçinin Betmen, Supermen və Qara Pantera tutublar.

Qeyd edək ki, bir qədər əvvəl KİV-də "Lucasfilm" studiyasının İndiana Consun sərgüzəştləri barədə filmin davamını ekranlaşdıracağı barədə məlumatlar yayılıb. Əvvəlki seriyalarda olduğu kimi, baş rolda yenə 77 yaşlı Harrison Fordun çəkilməsi planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.