Maraqlı

Mövsümün ən dəbli köynəkləri - FOTO

15 İyun 2020 23:34
0 Şərh     Baxış: 2 781
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Keçən yay ipək və atlas maykalar daha çox satılırdısa, bu mövsüm onları 1980-ci illərin çiyinlikli ağ pambıq qolsuz köynəkləri əvəz edəcək.

Milli.Az xəbər verir ki, ultra qısaqollu və çiyinlikli köynək dəbi artıq instaqram modapərəstlərinin qarderobuna yol tapıb. Trendin qabaqcılları arasında fəşn blogeri Lisa Aiken, Pernil Teisbek və Jenette Friis Madsen də var.

Əgər qüsursuz obraz yaratmaq istəyirsinizsə, onu hündürbelli cins ilə kombinə etmək yaxşıdır. Obrazın zərifliyini artırmaq naminə aksessuar əlavə edə bilərsiniz, məsələn, zəncir şəklində kəmər. Geniş dəri şalvar və əlbəttə ki, dar cinslər klassik kombinasiyalar üçün əlverişli olacaq. Kiminsə qəlbi bahar romantikası tələb edirsə, bu köynəkləri cəsarətlə pastel tonlarda yarıqlı yubkalarla birləşdirə bilər. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.