Maraqlı

“Çukur”un aktyoru Tarkanın mühafizəçisi olub

6 İyun 2020 10:25
0 Şərh     Baxış: 1 360
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Çukur" serialında rol alan Berkay Ateş aktyorluq öncə mühafizə işlədiyini açıqlayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor Alican Yücesoya müsahibəsində daha öncə Tarkanın mühafizəsi olduğunu bildirib:

"19 yaşım var idi. Bacım mənə işi təklif etdi, qəbul elədim. Mühafizə şirkətinin nömrəsini verdi, əlaqə saxladım. "Qara şalvar, ağ köynək" geyin gəl dedilər. Getdim, hamı iri bədənli idi, məni görəndə "bu uşağı hansı əraziyə verək" deyə düşündülər". "Harbiye Açıkhava" teatrında 4 günluk Tarkanın konserti olacaqdı. Məni ən arxaya meşəlik tərəfə göndərdilər ki, "orada dayan, dəmirlərdən keçmək istəyən olsa, qoyma". Həqiqətən də dəmirlərdən tullanmaq istəyənlər var idi. Tarkandan iki kilometr uzaqda idim. Ona ən uzaq mühafizəçi mən idim. Nə o, məni gördü, nə də mən onu gördüm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.