Maraqlı

Avropada ən təhlükəsiz yerlərdən biri

5 İyun 2020 23:30
0 Şərh     Baxış: 1 317
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azor adaları koronavirus şəraitində məzuniyyət keçirmək üçün Avropada ən təhlükəsiz yerlərdən biri hesab edilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu qənaətə "European Best Destination" təşkilatı gəlib. Təşkilat təhlükəsizlik amillərindən biri kimi regionda koronavirusa yoluxmanın sayının az olmasını, tibbi xidmətlərin səviyyəsini vurğulayır. Azor adaları hökumətinin nümayəndəsi Marta Qerreyronun sözlərinə görə, beynəlxalq fərqin daha bir səbəbi odur ki, təbiətdə olmağı, balinaları müşahidə etməyi xoşlayan səyahətçilər üçün bu arxipelaq ideal məkandır, onları buraya yerli mətbəx və ənənələr cəlb edir.

Artıq 16 gündür ki, arxipelaqda koronavirusa yeni yoluxma halı qeydə alınmayıb. Bu günədək regionda 146 yoluxma halı aşkarlanıb, 129 nəfər xəstəlikdən sağalıb, 16 nəfər isə dünyasını dəyişib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.