Maraqlı

Bella aylar sonra sevgilisi ilə barışdı - FOTO

5 İyun 2020 20:06
0 Şərh     Baxış: 960
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı model Bella Hadidlə reper sevgilisi Ze Vikendin barışdıqları iddia edilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 5 ildir tez-tez küsüb-barışan cütlüyün aylar sonra münasibətlərinə daha bir şans verdiyi bildirilib.

İddia edilir ki, bu barışığın səbəbi isə Ze Vikendin Bilbord tarixində ən uzun müddət zirvədə qalan ilk RB albomu "After Hours"dur.

30 yaşlı ifaçı albomdakı mahnılarında Hadidlə olan münasibətlərinə gizli şəkildə yer verib.

Qeyd edək ki, cütlüyün təkrar barışmaqları ilk dəfə gündəmə gəlmir. Ötən ilin noyabrında Ze Vikendin Bellanın 23 yaşını qeyd etdiyi partidə görüntülənməsi də xeyli səs-küy doğurmuş, cütlüyün barışdıqları bildirilmişdi. Lakin həmin gündən sonra sevgililər heç bir məkanda birlikdə görüntülənməyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.