Maraqlı

"Forbes" jurnalı Avropada ən təhlükəsiz çimərliklərin adını açıqladı - FOTO

5 İyun 2020 14:10
1 Şərh     Baxış: 966
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın nüfuzlu "Forbes" jurnalı Avropada ən təhlükəsiz çimərliklərin adını açıqlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, çimərliklərin siyahısı tərtib olunarkən koronavirus xəstəliyinin göstəricisinin aşağı olması, çimərliklərin böyüklüyü, bir nəfər üçün ayrılan yerlərin sayı, tibb müəssisələrin yaxınlığı kimi amillər nəzərə alınıb. Siyahıda birinci yerdə Yunanıstanın Preveze bölgəsində yerləşən Monoliti çimərliyi yerləşib. 22 km uzunluğu və 80 metr eni ilə çimərlik Avropanın ən geniş çimərliyi sayılır. Çimərlik, hava limanından 10 dəqiqə məsafədə yerləşir, yaxınlığında 3 xəstəxana fəaliyyət göstərir.

Yunanıstanın digər çimərliyi siyahıda 5-ci yerdədir. Korfuda yerləşən Xalikunas çimərliyi ən yaşıl çimərliklər sırasındadır. Beləliklə, "Forbes" jurnalına görə Avropanın ən təhlükəsiz çimərlikləri aşağıdakılardır:

1) Monoliti, Preveza

2) Komporta, Alenteju, Portuqaliya

3) Xel, Polşa

4) Porto Santo, Madeyra, Portuqaliya

5) Xalikunas, Korfu

6) Qayn Tuffixa, Malta

7) Meya Praya, Laqos, Alqarve, Portuqaliya

8) Yurmala, Latviya

9) Nida, Litva

10) Bints, Ryuqen, Almaniya

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.