Maraqlı

Bahalı avtomobil həvəskarı olan azərbaycanlı bloqerin maşını Rusiyada saxlanıldı - FOTO

5 İyun 2020 09:57
0 Şərh     Baxış: 4 046
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada bloqerlik fəaliyyəti ilə məşğul olan, əslən azərbaycanlı iş adamı Hüseyn Həsənovun avtomobili RF İstintaq Komitəsinin maşını kimi rəngləndiyi üçün saxlanılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı xəbər yayıb.

Bahalı avtomobillər həvəskarının "Land Cruiser"inə RF İstintaq Komitəsinin işarələri yapışdırılıb.

Ancaq sükan arxasında Həsənov yox, onun sürücüsü olub. Bloqer sevimli "Galik"ində (Mercedes benz G Class) olub.

Sürücüyə protokol yazılıb, həmçinin maşından bütün işarələrin silinməsi barədə göstəriş verilib.

Qeyd edək ki, Hüseyn Həsənovun "Instagram" hesabının 14 milyondan çox izləyicisi var.

Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.