Maraqlı

"Ərimi o qədər döymüşəm, evdə qadın o olub, kişi mən" - Azərbaycanlı idmançı

4 İyun 2020 14:44
Baxış: 5 843
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bizimləsən" verilişinə gələn Flora adlı idmançı maraqlı açıqlaması ilə diqqət çəkib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, karate ilə məşğul olan xanım dəfələrlə ərini döydüyünü etiraf edib:

"Ərimi o qədər döymüşəm. Üçüncü övladım öləndə bir hadisə baş verdi: Uşaq öləndə soyuq idi, anama dedim ki, qaynar su ilə ovuşdursaq ayılar. Onda mənə güldü. Bir də dəfndə qəbrə torpaq atanda köynəyi çirkləndi. Mənə dedi ki, yuyarsan bunu? Qayıtdım ki, uşağının burnuna torpağın altında qarışqa girdi, onu düşünürsən? Həmin iki hadisə ürəyimdə qalmışdı. Onu döydüm, kimisə köməyə çağırmağa halı belə qalmamışdı.

Dəfələrlə respublika çempionu olmuşam. İdmanı kimisə döymək üçün öyrənmədim, özümü müdafiə edirdim.

Yoldaşımın qardaşları, əmisi dəfələrlə üstümə gəlib. Evdə qadın o olub, kişi mən".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.