Maraqlı

Yeni Haval H5 modelinin rəsmi şəkilləri dərc edilib - FOTO

25 İyun 2020 21:30
Baxış: 1 133
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Görüntüləri iki ay bundan əvvəl ilk dəfə ortaya çıxan ikinci nəsil Haval H5 krossoverinin rəsmi şəkilləri dərc edilib. Çinin Great Wall şirkəti yeni avtomobilin tam ölçülü şəkillərini yayımlayıb. Zavoiddaxili B06 kod adı ilə tanınan krossover cari Haval H5 modelini əvəzləməlidir. Bununla belə, köhnə və yeni avtomobilin eyni zamanda buraxılacağı da istisna olunmur: Çin avtomobil sənayesində belə hala tez-tez rast gəlmək olar.

Milli.Az autograph.az-a istinadən bildirir ki, krossoverin dizaynı üzərində, 2018-ci ilin yayında Land Rover şirkətini tərk edərək Haval şirkətinə baş dizayner vəzifəsinə keçmiş Fill Simmons işləyib.

Yeni Haval H5 markanın digər avtomobilləri ilə bənzərlik daşımır, daha çox brutal nisbətlərə və Mercedes-Benz G-Class ofrouderinin tanış cigilərinə malikdir. Qara rəngli bamperlər, kandarlar və təkər tağlarının genişləndiriciləri avtomobilin yolsuzluq üçün yaradıldığına işarə edir.

Hələlik, avtomobilin interyerini yalnız casus şəkilləridnə görmək mümkündür. Salonda quraşdırılmış iki iri displey, iki mərtəbəli mərkəzi tunel və avtomatik transmissiyanın şayba- selektoru diqqəti çəkir var. Modelin texniki hissəsi barədə məlumat verilməyib. Məlum olan, növbəti nəsil Haval H5 modelinin markanın digər avtomobillərdə istifadə olunmayan yeni platformaya əsaslandığıdır. Yeni krossoverin təqdimatı payız aylarında baş tutmalıdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.