Maraqlı

BMW şirkətinin yenilik axını davam edir - FOTO

4 İyun 2020 23:30
Baxış: 1 269
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

BMW şirkətinin mətbuat xidmətinin ən məhsuldar günlərindən biri idi: alman istehsalçısı beşinci və altıncı seriyaların yenilənmiş modellərini və X2 hibrid krossoverini təqdim etmişdi. BMW qrupuna daxil olan Mini də bu prosesdən kənarda qalmayaraq yenilənmiş Countryman krossoverini nümayiş etdirmişdi.

Lakin, bu alman istehsalçısının yaydığı açıqlamaların hamısı deyildi. Belə sayaq məlumat azərbaycanlı müştərilər arasında o qədər də böyük maraq doğurmadığı üçün, xəbəri növbəti günə saxlamaq qərarına gəldik.

Milli.Az autograph.az-a istinadən bildirir ki, şirkət bu yay bir çox digər modellərində tətbiq edəcəyi yeniliklərin siyahısını dərc edib. Bunlar, əsasən, yeni avadanlıq paketləri və kuzov rəngləri, həmçinin bəzi texniki təkmilləşdirmələrdir. Məsələn, BMW 3 Series ailəsinə böyük modellərdən tanış olan BMW OS 7.0 əməliyyat sistemi ilə təchiz edilmiş mediakompleks qismət olacaqdır. Ancaq, daha maraqlı dəyişikliklər də var.

Məsələn, fevral ayında X5/X6 krossoverlərində debüt edən təkmilləşdirilmiş 3,0-litrlik B57 biturbodizeli digər modellərdə də quraşdırılacaqdır. Mühərrik yeni pyezoinjektorlara (hər dövrədə 2700 bar təzyiq altında on dəfə çiləmə), aşağı və yüksək təzyiqli təkmilləşdirilmiş turbomühərriklərə sahib olub. Başlanğıc versiyada aşağı təzyiqli ufurmə yönləndirici aparatın dəyişkən geometriyasına malikdir - mühərrikin hasilatı 286 at qüvvəsi və 650 Nm təşkil edir. Xatırladaq ki, əvvəlki bir "turbini" olan dizel mühərriki 265 at qüvvəsi və 620 Nm təklif edirdi Təkmilləşdirilmiş aqreqat 530d, 630d və 730d modellərinə, həmçinin xDrive30d indeksinə malik olan krossoverlərə quraşdırılacaqdır.

Bu dizel mühərrikinin ikinci versiyasında hər iki turbokompressorun geometriyası dəyişkən ola bilər. Aqreqatın hasilatı 340 at qüvvəsi və 700 Nm fırlanma anı (1750 dövq/dəqiqiədə) təşkil edir. BMW X5/X6 krossoverləri ilə yanaşı, bu mühərrik 540d, 640d, 740d, X3 M40d, X4 M40d və X7 xDrive40d modellərində də quraşdırılacaqdır.

Avropa bazarında təklif edilən və 48-voltluq hibrid əlavəyə sahib olan modifikasiyaların sayı birbaşa 14-dən 51-ə qədər artırılmışdır (təkmilləşdirilmiş B57 dizel mühərriki ilə yuxarıda qeyd olunan modellər də daxil olmaqla). 48-voltluq elektrik şəbəkəsindən qidalanan startyor-generator 11 at qüvvəsinə sahibdir və sürətlənmənin ilk saniyələrində dizel mühərrikinə kömək edir. Eyni zamanda, əlavə, start-stop sisteminin tərkib hissəsi olaraq dizel mühərrikini yeyin şəkildə işə sala bilər.

BMW 2 Series Gran Coupe sedanının modifikasiya çeşidi də genişləndirilib: model cərgəsinə hasilatı 150 at qüvvəsi və 350 Nm olan 2,0-litrlik B47 dizeli ilə təchiz edilmiş 218d Gran Coupe versiyası qoşulub (mövcud olan 220d versiyasında bu aqreqat 190 at qüvvəsi və 400 Nm təklif edir). Belə dördqapılı kupelər yalnız ön ötürmə, mexaniki transmissiya və 8-pilləli "avtomat" ilə təklif olunurlar. BMW 220d Gran Coupe modelini isə xDrive tam ötürməsi ilə sifariş etmək olar.

Bu hələ son deyil! Xatırladaq ki, 2 iyun tarixində BMW şirkəti yeni nəsil 4 Series kupesini təqdim etməyə hazırlaşır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.