Maraqlı

Ford Puma krossoveri dizayner versiyasına sahib olub - FOTO

4 İyun 2020 22:01
Baxış: 839
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ford şirkəti Avropa bazarında satılan Puma krossoverinin yeni versiyalarını təqdim edib. Yığcam krosssover 120 at qüvvəli 1,5-litrlik EcoBlue turbomühərriki ilə təchiz edilmiş dizel modifikasiyasına sahib olub. Dizel aqreqatı yalnız 6-pilləli mexaniki ötürmələr qutu ilə tandemdə çalışır.

Yeddi pilləli "robot" isə, 125 at qüvvəsi hasil edən 1,0-litrlik benzin turbomühərriki üçün nəzərdə tutulub. Bundan başqa, bu mühərrik təxminən 20 Nm fırlanma anı hasil edən 48-voltluq startyor-generator (BISG) ilə də təchiz oluna bilər. Lakin, yumşaq hibrid güc qurğusu ilə təchiz edilmiş krossoveri də yalnız mexaniki transmissiya ilə əldə etmək mümkündür.

Milli.Az autograph.az-a istinadən bildirir ki, eyni zamanda, krossoverin dəbdəbəli Ford Puma ST-Line Vignale dizayner versiyası satışa çıxarılıb. Dizayner versiyası baza modelindən 5.6 min avroya baha başa gələcəkdir. Zahiri cəhətdən, Puma ST-Line Vignale modeli eksteryerin xrom elementləri, fərqli radiator barmaqlığı və orijinal dizayna malik olan təkər diskləri ilə seçilir. Bundan başqa, dəbdəbəli krossover, dəri salon və açarsız giriş sistemi də daxil olan zəngin avadanlıq siyahısını əldə edib.

Ford Puma krossoverinin Avropa bazarındakı satışlarına 2019-cu ilin sonlarında başlanıb. 2020-ci ilin may ayının əvvəlində şirkət "qaynar" Puma ST modelinin satışa çıxarılacağını bildirib. İlkin məlumatlara görə, "qaynar" krossover Fiesta ST modelindən tanış olan 200 at qüvvəli 1,5-litrlik üçsilindrli turbomühərrik ilə təchiz ediləcəkdir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.