Maraqlı

Böyük Britaniya şahzadəsinin "Facebook"da gizli səhifəsi aşkar edilib

31 May 2020 18:24
Baxış: 590
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Facebook" sosial şəbəkəsində Böyük Britaniya şahzadəsi Harrinin əvvəllər idarə etdiyi səhifə aşkar edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, səhifəni "Daily Mirror" qəzetinin əməkdaşları tapıb.

Qeyd olunur ki, Spayk Uells adlı şəxsin adını daşıyan səhifə 2008-2012-ci illərdə fəal olub. Daha sonra, səhifə silinib.

Səhifədə şahzadə Harrinin keçmiş sevgilisi Çelsi Devi ilə şəkilləri yer alıb.

Jurnalistlər müəyyən edib ki, şahzadə Harrinin uşaqlıqda saç düzümünə görə təxəllüsü Spayk olub.

Xatırladaq ki, şahzadə Harri ötən il kral ailəsindən uzaqlaşaraq şahzadə titulundan imtina etmişdi.

Qeyd edək ki, kral ailəsinin mühafizə xidməti şəxsi təhlükəsizlik məqsədilə ailə üzvlərinin sosial şəbəkələrdən istifadəsini məqsədəuyğun saymır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.