Maraqlı

İnsanın qəlbi niyə bağlanır?

2 İyun 2020 21:50
Baxış: 1 285
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

O qəlb ki, bağlanar - çirkli su sayəsində pas  və zibil bağlamış daşa bənzəyər. O bulaq ki, şəffaf və təmizdir - onun üzərində olan daşlar da şəffaf və təmiz olar. Ancaq o zaman ki, su çirkli olar, üzərindəki daşlar get-gedə zibil bağlayar və suyun axmasının qarşısını alarlar. Belə bir bulaq özü-öz yolunu bağlayar və quruyar.

Qəlbin qıfıllanması da bu cürdür. Yavaş-yavaş çirk bağlayar və bu çirk, qəlbin yollarını bağlayar. Qurani-Kərim bu haqda buyurur: "Belə deyildir (Bizim ayələrimiz əfsanə deyil), əslində onların qəlblərini qazandıqları (günahlar) paslandırmışdır". ("Mutəffifin" 12).

Bu əməlləri ki, görüblər və o sözləri ki, deyiblər, o yeməkləri ki, yeyiblər, o baxışlarla ki, baxıblar, o yerlərə ki, getməməli deyildirlər, ancaq gediblər - bunların hamısı çirkdir.

Qəlbin qıfılı günah və xatalardır. Belə qəlb Quranla munis olmaz. Onun haqqında düşünməz. Bu səbəbdəndir ki, deyər: "Belə isə məgər onlar bu Qur'an barəsində düşünmürlər, yoxsa ürəklər(in)ə onun (inadkarlıq, daşürəklilik və bədbəxtlik) qıfılları vurulmuşdur?". ("Muhəmməd (s)" 24).

Əgər insan Qurana yaxın olmazsa və onun barəsində təfəkkür etməzsə, qəlbi qıfıllanar ki, onun açarı ancaq tövbədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.