Maraqlı

Tarantinoya görə son 10 ilin ən yaxşı filmi hansıdır?

30 May 2020 18:30
Baxış: 620
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hollivudun məşhur rejissoru Kventin Tarantino 2010-cu illərdə çəkilmiş ən yaxşı filmi açıqlayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, "The Playlist" nəşrinə açıqlama verən məşhur rejissor David Finçerin "Sosial şəbəkə" filmini ən yaxşı hesab etdiyini deyib.

"Bir zamanlar Hollivudda" filminin yaradıcısı hesab edir ki, Finçerin sözügedən ekran əsəri ən yaxşıdır: "Çünki o, bir nömrədir".

Tarantino qeyd edib ki, "Sosial şəbəkə" filminin ssenari müəllifi Aaron Sorkin öz sahəsinin ən möhtəşəm adamlarından biridir.

Qeyd edək ki, 2010-cu ildə yayıma çıxmış filmdə "Facebook"un yaranmasından bəhs olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.