Maraqlı

Xəlifə Ömərin məzarını qazıb içini boşaltdılar - FOTO

27 May 2020 19:54
Baxış: 2 125
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriyada Bəşər Əsəd rejiminə bağlı silahlı qruplaşmalar İslam xəlifələrindən biri olan Ömər bin Əbdüləzizin məzarını qazaraq içini boşaldıblar.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, xəlifənin nəşinin qalıqlarının aqibəti məlum deyil.

Məlumatda terrorçuların bu dəfə İdlib şəhərinin Maaratünnuman rayonunun Dəyr Şərqi kəndində Xəlifə Ömər bin Əbdüləzizin məzarını hədəf aldıqları bildirilib.

İslam Xilafətinin ikinci xəlifəsi Ömərin nəvələrindən biri olan Əbdüləzizin məzarının boş olduğu, nəşinin qalıqlarının naməlum istiqamətə aparıldığı qeyd edilib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.