Maraqlı

Hollivud ulduzlarının yeni rəqibi - Rəqəmsal model Lil - FOTO

27 May 2020 16:28
Baxış: 1 126
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir müddətdir dijital (rəqəmsal) model Lil Miquela dünya gündəmini zəbt edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, instaqramda iki milyon izləyicisi olan Lil sonuncu nəslin ikonasına çevrilib.

O, bir neçə gün bundan əvvəl Hollivud ulduzlarının çalışdığı CAA (Creative Artists Agency) agentliyi ilə müqavilə bağlayıb. Şirkət Miquella ilə televiziya, kino və reklam sahələrində birlikdə əməkdaşlıq edəcəyini açıqlayıb.

19 yaşlı model Trevor MakFedris və Sara DeCou tərəfindən yaradılan bir personajdır. Layihə 2016-cı ildə instaqram profilində başladılıb.

Qeyd edək ki, yaradıldığı gündən Lilin robot və yaxud həqiqi insan olması barədə müzakirələr aparılıb. Nəhayət, onun 3D texnologiyasının köməkliyi ilə yaradıldığı müəyyənləşib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.