Maraqlı

Məşhur kurortda 40 otel fəaliyyətini bərpa edib

25 May 2020 20:09
0 Şərh     Baxış: 1 109
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Misirin Qırmızı dənizin sahillərində yerləşən məşhur Şarm əl-Şeyx kurortunda iki ay əvvəl koronavirus pandemiyası ilə əlaqədar bağlanmış 40 otel fəaliyyətini bərpa edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Qırmızı dəniz bölgəsinin qubernatoru Əmr Hənəfi həmin istirahət mərkəzlərinə müvafiq sertifikatları təqdim edib. Sertifikatların təqdimatından əvvəl vilayətin müvafiq strukturları tərəfindən otellərin COVID-19 virusuna qarşı həyata keçirdikləri profilaktik tədbirlər ciddi şəkildə yoxlanılıb.

Qubernator jurnalistlərə müsahibəsində bildirib ki, Baş Nazir Mustafa Mədbulinin açıqladığı Ramazan bayramı günlərində karantin qaydalarının sərtləşdirilməsi, habelə çimərliklərin bağlanılması qərarına baxmayaraq, otellərə məxsus ərazilərdə daxili turistlərin istirahətinə icazə veriləcək. Eyni zamanda, ictimai çimərliklər tamamilə qapalı olacaq və yalnız hökumətin müvafiq qərarından sonra açılacaq. Ə.Hənəfi əlavə edib ki, Ramazan bayramı günlərində safari, suya dalma kimi əyləncələr, habelə kiçik gəmilərin hərəkəti də qadağandır.

Misirin Ticarət Palatası bu ölkənin Otel Sahibkarları Federasiyası ilə birgə turizm sektorunun fəaliyyətinin tədricən bərpası planını hazırlayıb. Əcnəbi turistlərin qəbulunun bərpa edilməsinin dəqiq tarixi isə hələ açıqlanmır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.