Maraqlı

Hər kim bu surəni oxusa...

26 May 2020 21:40
Baxış: 1 552
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Zuxruf" surəsi 89 ayədən ibarətdir və Məkkədə nazil olmuşdur. Bəzi təfsir alimləri onun yalnız 45-ci ayəsinin Mədinədə nazil olduğunu qeyd etmişlər. Bəlkə də səbəbi həmin ayənin kitab əhli, yaxud da "Merac" dastanı ilə bağlı olmasıdır. Bunun hər hansı biri olsa da, Mədinədə nazil olması ilə daha uyğundur.
 
Məkkədə nazil olmuş surələr, əsasən, islami etiqadlar mehvərində dövr edir və tövhid, məad, nübüvvət, Quran, xəbərdarlıq və bəşarət məsələlərindən bəhs edir.
 
 
Milli.Az maide.az-a istinadən bildirir ki, Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
 
وَمَن قَرَأَ سورَةَ الزُّخرُفِ کانَ مِمَّن یُقالُ لَهُ یَومَ القِیامَةِ یا عِبادِ لا خَوفٌ عَلَیکُمُ الیَومَ وَلا اَنتُم تَحزَنُونَ اُدخُلُوا الجَنَّةَ بِغَیرِ حِساب
 
"Zuхruf" surəsini tilavət edən kəs o kəslərdəndir ki, qiyamət günü onlara belə deyilər: "Ey mənim bəndələrim! Bu gün sizin üçün nə bir qorxu var, nə də qəmginlik. Sorğu-sualsız behiştə daxil olun." ("Məcməül-bəyan", "Zuxruf" surəsinin başlanğıcı.)
 
Bu böyük müjdə və hədsiz fəzilət təfəkkür, iman və əməllə yanaşı tilavətə məxsusdur. Çünki tilavət təfəkkürün müqəddiməsi, iman və əməl də onun səmərəsidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.