Maraqlı

`Qədr` surəsini tilavət etməyin fəziləti

26 May 2020 20:40
Baxış: 641
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qədr" surəsi Məkkədə nazil olmuş və 5 ayədən ibarətdir.

"Qədr" surəsini oxumağın fəziləti ilə bağlı Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan bir hədisdə belə buyurulur:

مَن قَرَأَها اُعطِىَ مِنَ الأجرِ کَمَن صامَ رَمَضانَ وَأحیا لَیلَةَ القَدرِ

"Hər kim onu ("Qədr" surəsini) oxusa, Ramazan ayında oruc tutan və "Qədr" gecəsi əhya saxlayan şəxs kimidir." ("Məcməul-bəyan", c.10, səh.516.)
Milli.Az maide.az-a istinadən bildirir ki, İmam Baqir (ə) də buyurur:

مَن قَرَأَ اِنّا أنزَلناهُ بِجَهر کانَ کَشاهِرِ سَیفِهِ فی سَبیلِ اللّهِ وَمَن قَرَأَها سِرّاً کانَ کَالمُتَشَحِّطِ بِدَمِهِ فی سَبِیلِ اللّهِ

"Hər kim "İnnə ənzəlnəhu" surəsini ucadan oxusa, Allah yolunda qılınc çalan (cihad edən) şəxs kimidir və hər kim onu astadan oxusa, Allah yolunda qanına boyanmış şəxs kimidir." ("Məcməul-bəyan", c.10, səh.516.)

Aydındır ki, bu qədər fəzilət onu oxuyub dərk edən və onun möhtəvasını həyatda gerçəkləşdirənə aiddir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.