Maraqlı

Cəhənnəmdən behiştə necə getmək olar?

31 May 2020 22:50
Baxış: 1 489
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İmam Sadiqin (ə) dostlarından biri ona deyir: "Gözəl əxlaqın tərifi necədir?".

Həzrət (ə) buyurur: "İnsanlarla mülayim rəftar edəsən və sözlərini pakizə edəsən. Qardaşını xoş üzlə qarşılayasan".

Həzrət Peyğəmbər (s) buyurur: "Ümmətimin behiştə daxil olmasına səbəb olan ən böyük şey - təqva və gözəl əxlaqdır".

İmam Əli (ə) buyurur: "Sizlərin iman cəhətdən ən kamil olanınız o kəsdir ki, əxlaqı gözəl olsun".

Həzrət Əli (ə) başqa yerdə buyurur: "Gözəl əxlaq ruzini çoxaldar və dostların məhəbbətini artırar".

Həzrət  Peyğəmbər (s) buyurur: "Pis əxlaqdan çəkinin ki, bu əməl nəhayət əməl sahibini cəhənnəm atəşinə düçar edər".

Həzrət  Peyğəmbər (s) buyurur: "Ey Əli! Sənə tövsiyə verirəm, onu qoru. Əgər bu tövsiyəmi qorusan, davamlı olaraq xeyir və yaxşılıqda olarsan.

Ey Əli! O kəs ki, qəzəbini yatızdırar - Allah Qiyamət günü ona elə aman verər ki, dadını hiss edər".

Həzrət Peyğəmbər (s) buyurur: "Nə zaman qəzəblənsən, sus". (Beytutə)

Bəli, bu hədislərdən də göründüyü kimi bizi behiştlik edən əməllər - gözəl əxlaq və təqvadır. Hər kim başqaları ilə gözəl rəftar etsə, qəzəbini yatızdırmağı bacarsa, təqva nümayiş etdirsə - əlbəttə ki, Allah onu behiştlə mükafatlandıracaqdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.