Maraqlı

Namazı tərk edənlərin 4 dəstəsi

31 May 2020 20:50
Baxış: 1 153
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cəhənnəmdə kafirlərdən soruşacaqlar ki, nə üçün cəhənnəm əhlindən olmusan? Deyəcəklər ki, namaz əhli deyildik.

Namaz - imanın nişanəsidir. Ona görə də namazı tərk etmək - kəbirə günah hesab olunur. Bəzi hədislər hətta belə insanı kafir adlandırır.

Hər kim səhlənkarlığı üzündən bu vacibatı tərk edərsə, günah etmiş olar. Elə bir günah ki, Allah cəzasını həm bu dünyada verər və həm də axirətdə.

Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim namazını (bilərəkdən) tərk edərsə və onun savabına ümidi olmazsa və cəzasından da qorxmazsa - mənim də qorxum yoxdur ki, deyəm o dünyadan ya xristian, ya yəhudi və ya zərdüşt dinində gedəcəkdir".

Hər kim namazı tərk edər, özünün axirətdəki halını bu ayəyə əsasən təsəvvür etsin: "Onlar cənnətlərdə və bağlar içində olarlar; bir-birlərindən soruşarlar günahkarların halını; (Onlara üz tutaraq soruşarlar:) "Sizi Cəhənnəmə daxil edən nədir?". Deyərlər: "Biz namaz qılanlardan deyildik"". ("Muddəssir" 40-43).

Namazı tərk edənlərin dörd dəstəsi:

1. İnkar üzündən namazı tərk edənlər. Milli.Az deyerler.org-a istinadən bildirir ki, yəni, namazı vacib əməl bilməzlər və özlərini onu yerinə yetirməyə məcbur bilməzlər. Bu insanlar kafirlərdir.

2. Səhlənkarlıq üzündən namazı tərk edənlər. Bu insanlar kəbirə günah etmiş və fasiq olmuşdular.

3. Namazı bəzi vaxtlarda tərk etmək. Bu insanlar da günah qazanaraq, namazı zay edənlərdən sayılarlar.

4. Namazın vacibatlarını tərk edənlər. Bəzi insanlar namaz qılsalar da, onun vacib əməllərini tərk edərlər. Bu cür insanları Məsumlarımız (ə) oğru adlandırmışdır.

Hər dörd dəstənin dördü də günah qazanar və Allahın qəzəbinə düçar olarlar. Bu insanları həm dünyada və həm də axirətdə ağrılı əzab gözləyər. (Beytutə)

Ona görə də hələ ki, fürsət var, namazı tərk edən gərək namazı bərpa etsin və Allahdan bağışlanma istəsin ki, o, Ərhəmər-Rahimindir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.