Maraqlı

Namaz qılanların 4 dəstəsi. Hansındayıq?

31 May 2020 21:20
Baxış: 1 151
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həzrət Peyğəmbər (s) buyurur: "Mənim ümmətim dörd dəstədən ibarətdir: Namazda səhlənkarlıq edənlər, namazı zay edənlər, namazı tərk edənlər, namazda müti olanlar".

1. Namazda səhlənkarlıq edənlər. Həzrət Rəsuli-Əkrəm (s) bu dəstə barəsində buyurur: "Bir dəstə namaz qılır, ancaq namazlarında səhlənkardırlar. Ona görə də Vəyl onlar üçündür". Vəyl isə cəhənnəmin təbəqələrindən birinin adıdır. "Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər və ona etinasızdırlar". ("Maun", 4-5).

2. Namazı zay edənlər. Həzrət Peyğəmbər (s) buyurur: "Bir dəstə gah namaz qılır, gah da qılmırlar. Ona görə də Ğəyy onlar üçündür".

Ğəyy - cəhənnəmin alt təbəqələrindəndir. "Sonra onların arxasınca namazı zay edən və (nəfsi) istəklərə tabe olan canişinlər gəldilər. Buna görə də onlar tezliklə öz azğınlıqlarını(n əvəz və cəzasını) görəcəklər". ("Məryəm (s.ə)", 59).

3. Namazı tərk edənlər. Həzrət Peyğəmbər (s) buyurur: "Bir dəstə heç vaxt namaz qılmazlar. Səqər onlar üçündür".

Səqər də cəhənnəmin alt təbəqələrindən biridir. Allah Təala buyurur: "(Onlara üz tutaraq soruşarlar:) "Sizi Cəhənnəmə daxil edən nədir?". Deyərlər: "Biz namaz qılanlardan deyildik". ("Muddəssir", 42-43).

Namazı tərk edənlər də dörd dəstəyə bölünürlər:

a) İnkar üzündən namazı tərk edənlər.

b) Səhlənkarlıq üzündən namazı tərk edənlər.

c) Bəzi zamanlarda namazı tərk edənlər.

d) Namazın vacibini tərk edənlər. Yəni, namazın bəzi vacibatlarını yerinə yetirərlər, bəzilərini isə deyil. (Beytutə)

4. Namazda müti olanlar. Həzrət Peyğəmbər (s) buyurur: "Bir dəstə həmişə namaz qılarlar. Namazlarında mütidirlər".

Allah-Təala onlar haqqında buyurur: "O kəslər ki, namazlarında (həm ürəkləri, həm də bədənləri ilə) itaətkardırlar". ("Muminun", 2).

Allah Təala bizləri namazda müti olanlardan qərar versin!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.