Maraqlı

Namazı yüngül hesab edənlərin 15 müsibəti

31 May 2020 20:20
Baxış: 826
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Namaz qılmamağın həm dünyada və həm də axirətdə dəhşətli ziyanları vardır. Bu ziyanlarla tanış olaq:

1. Allahın və Peyğəmbərin (s) amanından uzaq olmaq. Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, namazı bilərəkdən, səbəb olmadan tərk edər, Allahın və Rəsulunun (s) amanından uzaq olar".

2. Şeytan (lən) ona hakim olar. Həzrət Peyğəmbər (s) buyurur: "Şeytan davamlı olaraq Adəm övladından qorxur və fasilə saxlayır o zamana qədər ki, beş vacib namazını vaxtında yerinə yetirər. Nə zaman onları zay etsə, ona cürət əldə edər, onu böyük günahlara salar".

3. Yaxşı əməlləri məhv olar. Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, namazını üzrü olmadan tərk edər, vaxtı ötüb keçər - əməli məhv olar".

4. Peyğəmbər (s) və mələklər onu lənətləyər. Həzrət Peyğəmbər (s) buyurur: "Namazı tərk edən Tövratda, İncildə, Zəburda və Quranda lənətlənmişdir və Cəbrayilin (ə), Mikayilin (ə), İsrafilin (ə) və Muhəmmədin (s) dili ilə məlundur".

5. Ölərsə, İslam dinindən qeyrisindən sayılar. Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, namazı tərk edər, o halda ki, namazın savabına ümid bəsləməz və əzabından çəkinməz, ona görə də yəhudi, xristian və ya zərdüşti ölməyindən qorxmasın".

6. Namazı tərk etmək küfrə bərabərdir. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim bilərəkdən namazını tərk edərsə, küfr etmişdir".

7. Əgər namazqılanlar olmasaydı, binamazlar həlak olardı. İmam Sadiq (ə) buyurur: "Həqiqətən, Allah biz Əhli-beyt (ə) davamçılarının namazqılanlarına görə bizim namaz qılmayan Əhli-beyt (ə) davamçılarından (bəlanı) dəf edər, ancaq əgər hamı namazı tərk edən olarsa, hamı həlak olardı".

8. Cəhənnəmə daxil olar. "Onlar cənnətlərdə və bağlar içində olarlar; bir-birlərindən soruşarlar, Günahkarların halını; (Onlara üz tutaraq soruşarlar:) "Sizi Cəhənnəmə daxil edən nədir?" Deyərlər: "Biz namaz qılanlardan deyildik"". ("Muddəssir" 40-43).

9. On beş bəlaya düçar olar. Həzrət Zəhra (s.ə) atasından soruşur ki, o kişi və qadınlar ki, namazı yüngül hesab edirlər, onların cəzası nədir? Həzrət Rəsuli-Əkrəm (s) buyurur: "Ey Fatimə! Hər kim - istər qadın olsun, istərsə də kişi - namazını yüngül hesab edərsə, Allah onu on beş müsibətə düçar edər: 6 şeyə bu dünyada, 3 şeyə ölən zaman, 3 şeyə qəbrində və 3 şeyə Qiyamət günü qəbirdən çıxan zaman. Dünyada düçar olacağı bəlalar:

1. Allah xeyir və bərəkəti ömründən alar.

2. Allah xeyir və bərəkəti ruzisindən götürər.

3. Allah simasından salehlərin nişanəsini məhv edər.

4. Gördüyü əməllərə görə savab verilməz.

5. Duası səmaya qalxmaz və yerinə yetməz.

6. Allahın layiqli bəndələrinin duasından bəhrə aparmaz.

Ölən zaman düçar olduğu bəlalar:

1. Xar və zəbun halda can verər.

2. Ac ölər.

3. Suzuz can verər.

Qəbrində düçar olduğu bəlalar:

1. Allah mələyi ona hakim edər ki, qəbrində onu nigaran və pərişan etsin.

2. Allah onun qəbrini daraldar.

3. Qəbri qaranlıq olar.

Qiyamət günü düçar olacağı bəlalar:

1. Allah ona bir mələyi hakim edər ki, insanlar ona baxar və onu üzü torpağa tərəf çəkər.

2. Ondan çətin hesab çəkərlər.

3. Allah ona rəhmət gözü ilə baxmaz və onun üçün ağrılı əzab vardır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.