Maraqlı

Qadını kişidən fərqləndirən sifətlər – Qurani-Kərimin nəzəri

31 May 2020 21:45
Baxış: 1 012
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qadın özünəməxsus sifətlərə malikdir ki, onu kişilərdən fərqləndirir. Bu sifətlərdən bəzilərinə işarə edək.

Burada yerinə düşər ki, bir qeydi edək. Bəzi əqidə və fikirlərin əleyhinə olaraq, qadın kişinini varlığının müqəddiməsi deyildir. Qadın kişi üçün xəlq olmamışdır. Əslində həm qadın və həm də kişi bir-birini təkmil etmək üçün xəlq olmuşdular. "Onlar sizin üçün libasdırlar və siz onlar üçün libassınız". ("Bəqərə" 187).

1. Qadın - aramlıq və hüzur mənbəyidir. "Onların yanında aramlıq tapasınız deyə, sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil,) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması onun nişanələrindəndir. Həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tövhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır". ("Rum" 21).

2. Qadının hissləri kişidən daha çoxdur, yəni qadın hər şeyə qarşı daha həssasdır. Ancaq əqli dəlillər çıxartmaqda kişilər daha çox vərdişlərə malikdir.

"Allah bəzilərini (kişiləri düşüncə, ruh və cismani qüvvə baxımından) digər bəzilərindən (qadınlardan) üstün etdiyi üçün, kişilər qadınların ixtiyar sahibidir". ("Nisa" 34).

3. Kişidə arzulamaq hissi, qadın isə arzulanmaq hissi mövcuddur.

"Onların yanında aramlıq tapasınız deyə sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması onun nişanələrindəndir, həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tövhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır". ("Rum" 21).

4. Özünü zinətləmək - qadının sifətlərindəndir. "(Ayağına xalxal taxmış qadınlar) gizlətdikləri zinətlərin bilinməsi üçün ayaqlarını yerə (bərk) vurmasınlar. Ey möminlər, hamınız (bütün cəhətlərdə) Allaha tərəf qayıdın ki, bəlkə nicat tapdınız". ("Nur" 31).

5. Abırı qorumaq. "Bu halda Biz Öz ruhumuzu (Cəbraili) onun yanına göndərdik və o, onun üçün kamil bir insan surətinə düşdü. Məryəm dedi: "Əgər pərhizkarsansa, mən səndən Rəhman olan Allaha pənah aparıram"". ("Məryəm" 17-18).

6. Analıq hissi. Analıq hissi qadının təbiətinə qoyulmuş sifətdir. Hər bir qadın övlad sahibi olandan sonra, onu bütün varlığı ilə hiss edir. Bəzən hətta övlad sahibi olmasa belə. "Və Fironun zövcəsi dedi: "(Bu körpə) mənim və sənin gözünün işığıdır. Onu öldürməyin, bəlkə (gələcəkdə) bizə bir xeyri olar, yaxud onu oğulluğa götürərik". Onlar (işin aqibətindən) xəbərsiz idilər". ("Qəsəs" 9).

Uca Allah cəmi insanlara bu mətləbləri dərk etmək tofiqatı nəsib etsin!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.