Maraqlı

Ümmi-Eymən kimdir?

31 May 2020 23:15
Baxış: 1 342
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ümmi-Eymən Həzrət Mühəmməd Peyğəmbərin (s) dayəsi olmuşdur. Onun əsil adı Bərəkə, özü Nubiyadan (Afrikadan) idi, birinci övladının adı ilə ona Ümmi-Eymən künyəsi ilə müraciət edirdilər. Ümi-Eymən Peyğəmbərimizin (s) atası Abdullahın xidmətçisi idi (bəzi mənbələrdə o həzrətin anası Aminə xatunun kənizi olduğu yazılır). Peyğəmbərin (s) valideynlərinin vəfatından sonra Ümmi-Eymən ona qulluq etmişdir. Peyğəmbərimiz (s) onu öz anası kimi sevir, "anamdan sonra anam" adlandırırdı. O həzrət, Xədicə ilə evləndikdə Ümmi-Eyməni azad etdi. Ümmi-Eymən İslamın əvvəllərində iman gətirmişdi. Birinci həyat yoldaşından Eymən adlı oğlu doğulmuş, az sonra əri vəfat etmişdi. Bundan sonra Peyğəmbər (s) öz oğulluğu Zeyd ibn Harisə ilə Ümmi-Eyməni evləndirdi və bu izdivacdan kiçik yaşda sərkərdə təyin edilməsi ilə tarixdə məşhurlaşmış Üsamə dünyaya gəldi. İslam uğrunda cihadlarda Ümmi-Eymənin həm ikinci həyat yoldaşı Zeyd ibn Harisə, həm də oğlu Eymən şəhid oldular. Ümmi-Eymənin vəfat tarixi dəqiq məlum deyil. Bəzi məlumatlara görə, Peyğəmbərin (s) vəfatından az sonra, bəzi məlumatlara görə isə hicri 24-cü (miladi 644-cü) ildə dünyadan köçmüşdür. Mədinədə, Bəqi məzarlığında dəfn edilmişdir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.