Maraqlı

Qəbir əzabından necə qurtulmaq?

31 May 2020 22:20
Baxış: 1 087
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İmam Sadiq (ə) buyurmuşdur: "Möminin günahlarının kəffarəsi (cəriməsi) - qəbir əzabı və sıxıntısıdır".

Ondan xilas olmağa səbəb olan əməllər bunlardır:
1-Hər cümə gecəsi "Nisa" surəsini oxumaq.
2-"Zuxruf" surəsini çox oxumaq.
3-Gecə namazı qılmaq.
4-"Təkasur" surəsini oxumaq.
5-Nəcəfi-Əşrəf şəhərində dəfn olunmaq.
6-Meyitin kəfəninə iki yaş çubuq qoymaq.
7-Qəbrin üstünə su tökmək (qəbrin üstü rütubətli olana qədər, meyyitə əzab verilməz).
8-Rəcəb ayında dörd, Şəban ayında isə on iki gün oruc tutmaq.
9-Rəcəb ayının birinci gecəsində on rükət namaz qılmaq (hər rükətdə "Həmd" surəsindən sonra "İxlas" surəsini üç dəfə oxumaq).
10-Rəcəb ayının birinci gecəsində iyirmi rükət namaz qılmaq.
11-"Mülk" surəsini çox oxumaq. Həzrət Peyğəmbəri-Əkrəm (s) bu barədə buyurmuşdur: "Bu surə insanı qəbir əzabından xilas edir"
12-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Meyiti dəfn etdikdə üç dəfə "Əllahummə inni əsəlukə bihəqqi Muhəmmədin və Ali-Muhəmmədin ən-lə tuəzzibə hazəl-məyyit" desə, Allah Təala əzabı ondan götürər."
13-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəs cümə axşamı hər rükətdə "Həmd" surəsindən sonra on dörd dəfə "Zilzal" surəsini oxumaqdan ibarət olan iki rükət namaz qılsa, qəbir sıxıntısından amanda qalar".
14-Rəcəb və Şəban ayının gecələrinə, eləcə də Aşura gecəsinə məxsus olan müstəhəb namazları qılmaq.
15-Sədəqə vermək (xüsusilə yetimə).
16-Xalqa xidmət etmək, xüsusilə məscid tikmək, körpü salmaq və yol çəkmək.

Həmçinin cümə ertəsi gününün qürubundan cümə gününün qürubu arasında ölənlərə də qəbir əzabı verilməz, inşəallah!

Allah Təala bizləri dünya və axirətdə əzabdan qurtulmuşlardan qərar versin, inşəallah!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.