Maraqlı

"Uzun müddət utanc hissi ilə yaşamışam"

21 May 2020 19:59
0 Şərh     Baxış: 1 160
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı məşhur model Hailey Baldvin özü haqqında maraqlı açıqlama verib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, Hailey Baldvin ''Hillsong Channel'' adlı bir ''YouTube'' kanalının qonağı olub. Özü haqqında səmimi açıqlamalar verən 23 yaşlı model keçmişi ilə daima mübarizə halında olduğunu deyib.

''Düşüncələrim, qərarlarım, keçmişim mənə işgəncə edib. Uzun müddət utanc hissi ilə yaşamışam. Gecə başımı yastığa qoyduğum an ''Aman Allahım 17 yaşımda niyə elə etdim?'' deyə düşünüb, özümü incidirdim. Evlənəndə belə bu fikirlər məndən əl çəkmədi. Bütün bunlardan xilas olmaq üçün İncilin utanc və günahkarlıq hissi barədə nə yazdığını dərindən öyrəndim. Məhz bundan sonra özümə inanmağa başladım''.

Qeyd edək ki, Hailey Baldvin müğənni Castin Biberlə evlidir.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.