Maraqlı

Pandemiyadan sonra dünyadakı əksər muzeylər açılmaya bilər

20 May 2020 17:44
0 Şərh     Baxış: 1 073
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

YUNESKO və Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən aparılan araşdırmalar göstərib ki, COVID-19 pandemiyasından xüsusilə muzeylər təsirlənib.

Milli.Az xəbər verir ki, onlardan təxminən 90% (və ya 85.000-dən çoxu) böhran dövründə müxtəlif vaxtlarda qapılarını bağlayıb. Dövlətlərdə muzeylərin yalnız 5%-i izləyicilərinə onlayn xidmət göstərib.

ICOM tərəfindən aparılan araşdırma göstərib ki, ziyarətçisiz qalan muzeylər gəlirlərinin azalması ilə xərclərini qarşılaya bilməyib. Bu, muzeylərlə əlaqəli peşələrə və fəaliyyətlərə ciddi təsir göstərə bilər. Odur ki, dünyadakı muzeylərin demək olar ki, 13%-i heç vaxt açılmaya bilər.

Qeyd edək ki, YUNESKO-ya görə, 2012-ci ildən bəri dünyada muzeylərin sayı demək olar ki, 60% artaraq 95 minə yaxınlaşıb. Bu artım son on ildə muzey sektorunun milli mədəni siyasətdə mühüm yer tutduğunu göstərir. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.