Maraqlı

Avropada mentollu siqaretlər qadağan olunur

20 May 2020 07:14
0 Şərh     Baxış: 1 628
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayın 20-dən Avropa İttifaqı ölkələrində mentollu siqaretlər qadağan olunur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, süzgəci xarakterik aromalardan (mentol) ibarət siqaretlərlə bağlı dördillik keçid müddəti sabahdan başa çatır. Mentolun tütünün dadını üstələməsi və bu yolla da siqaret aludəçiliyini artırması mentollu siqaretlərin qadağan edilməsinin əsas səbəbi kimi göstərilir.

Qeyd edilməlidir ki, bu qadağa 2014-cü ildə Aİ-də tütün istehlakı ilə bağlı qəbul edilən və 2016-cı ildə qüvvəyə minən qaydaların tərkib hissəsidir. Həmin qaydaların əsas hədəfləri arasında yeniyetmələr arasında siqaretdən istifadə səviyyəsini aşağı salmaq və erkən ölüm hallarını azaltmaq da yer alırdı.

Avropa Məhkəməsi hələ 2016-cı ildə tütün istehsalı şirkətlərinin mentollu siqaretlərin qadağasının aradan qaldırılması üçün şikayətlərini rədd etmişdi. Məhkəmə öz qərarında mentolun tərkibindəki xarakterik aromaların siqaret çəkməyə yeni başlayan şəxslər üçün daha cəlbedici təsirə malik olduğunu əsas gətirərək, aludəçiliyin və tütün istehlakının səviyyəsini aşağı salmaq üçün qərarı qüvvədə saxlayıb.

Qeyd edilməlidir ki, mentollu siqaretlərin Aİ tütün satışı bazarında payı təxminən üç faizə bərabərdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.