Maraqlı

Maserati MC20 superkarını Stirlinq Mossa həsr edib - FOTO

26 May 2020 19:30
0 Şərh     Baxış: 560
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əslində, Maserati şirkəti ortamühərrikli MC20 superkarını bu ay təqdim etməli idi. Lakin, koronavirus pandemiyası istehsalçının planlarını alt-üst edib. Məlum məsələdir ki, yeni superkarın ətrafında cərəyan ehtirasların azalmaması üçün müəyyən tədbirlər görmək gərəkdir. İtalyan istehsalçısı da məhz belə bir addım ataraq, superkarın yeni şəkillər toplusunu dərc edib.

Məlum məsələdir ki, superkar yenə də kamuflyaja malikdir. Lakin bu dəfə, avtomobilin örtüldüyü kamuflyajın naxışı, keçən ay vəfat etmiş əfsanəvi britaniyalı pilot Ser Stirlinq Mossa həsr edilib.

Milli.Az autograph.az-a istinadən bildirir ki, düz 64 il bundan əvvəl, Maserati 250F bolidini idarə edən Stirling Moss gərgin şəkildə keçən Monako Qran Prisində qalib gəlmişdi. Qeyd etmək gərəkdir ki, Moss 100 dövrəlik yarışda startdan finişə qədər liderlik etmişdi.

Bununla birlikdə, MC20 prototipinin naxışları Maserati 250F modelinə deyil, sonrakı Maserati Eldorado bolidinə aiddir. Bu avtomobil, avtoidman dünyasına aid olmayan bir marka tərəfindən maliyyələşdirilən ilk təkyerli yarış avtomobili olub. Söhbət dondurma istehsal edən Eldorado şirkətindən gedir.

1958-ci ildə Monzadakı trekdə Eldorado bolidində çıxış edən Moss, üç mərhələnin nəticələrinə görə yeddinci yeri tutub. Qırılan sükan mexanizmi ona yuxarı qalxmağa imkan verməmişdi. Avtomobil isə yalnız yüngül xəsarətlər alaraq, Maserati 250F bolidinin şassinin və Fantuzzi atelyesi tərəfindən əllə hazırlanmış alüminium kuzovunun kifayət qədər etibarlı və möhkəm olduğunu sübuta yetirmişdi.

Ser Stirlinq Moss karyerası boyunca Tipo 60 Birdcage, Tipo 61 və 300 S daxil olmaqla, bir neçə Maserati bolidlərində çıxış edib.

MC20 ilə birlikdə, italyan markası özünün idman tarixini xatırlatmaq və yarış dünyasına qayıtmaq niyyətində olduğunu bildirib. Bununla birlikdə, superkar haqqında məlumat çox azdır. Ehtimallardan birinə görə, Maserati MC20 superkarı Alfa Romeo Giulia Quadrifoglio və Giulia GTA modellərindən tanış olan 2,9-litrlik V6 biturbo mühərriki ilə təchiz ediləcəkdir. Bundan əlavə, superkar qoşulan hibrid güc qurğusunu da əldə edə bilər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.