Maraqlı

“Sevdiklərinizi qucaqlamağı unutmayın” - FOTO

19 May 2020 13:44
1 Şərh     Baxış: 969
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

50 yaşlı dünya şöhrətli ifaçı Cennifer Lopez yaxın insanlara diqqətlə yanaşmaq və onları dəstəkləməyin nə qədər vacib olduğunu xatırlatmaq qərarına gəlib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o, İnstaqram hesabında paylaşım edib.

Beyzbolçu sevgilisi Aleks Rodriqeslə ağ-qara fotolarını paylaşan CeyLo bunları yazıb:

"Məqalə başlıqları çox dramatik səsləndikdə, sevdiklərinizi və yaxınlarınızı daha bərk qucaqlamağı unutmamanız vacibdir. Və tez-tez onlara sevginiz haqda xatırlatmaq".

Rodriqes, həmçinin həmin ağ-qara fotosessiya zamanı çəkilmiş fotolardan birini paylaşıb.

"Daim evdə olmağınızın ən böyük faydası - ailənizlə qalmaq imkanıdır. Bəzən öz həyatımızla o qədər məşğul oluruq ki, bu ailə vaxtının bizim hamımız üçün nə qədər vacib olduğunu asanlıqla unuduruq. Onun sizdən yan keçməsinə imkan verməyin. Yaxınlarınızı hər gün qucaqlayın, birlikdə rahatlayın, gülün və gülümsəyin", - o qeyd edib.

Xatırladaq ki, ötən ilin martında nişanlanan müğənni və beyzbolçu "öz arzularının toyunu" yayın sonuna planlaşdırmışdı. Lakin onların planları koronavirus səbəbindən pozuldu.

Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.