Maraqlı

Toyunu xəstə atasının son dəqiqələrini yaşadığı xəstəxana palatasında keçirdi - FOTO

17 May 2020 11:42
0 Şərh     Baxış: 1 851
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliyanın Kvinslend ştatında yaşayan 37 yaşlı Natali Hoskinson öz toyunu xərçəng xəstəsi olan atasının yatdığı xəstəxana palatasında keçirib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Natalinin sözlərinə görə, atası Devidlə həmişə çox yaxın olublar.

Atası onun bütün təşəbbüslərini dəstəkləyib, hər zaman qızına arxa olub.

Lakin Devid 60 yaşında ağır xəstəliyə tutulub. Həkimlər ona xərçəng diaqnozu qoyublar və 13 il xəstəliklə mübarizə apardıqdan sonra o, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Tibb işçiləri yaşlı avstraliyalının ağrılarını yalnız morfin inyeksiyaları ilə sakitləşdirə biliblər.

Atasının sağala bilməyəcəyini öyrənən Natali nikah mərasimini xəstəxana palatasında keçirməyə qərar verib:

"Həmişə arzum olub ki, atam toyumda iştirak etsin, xeyir-duasını versin. Vəziyyət belə olanda qərara aldım ki, o, toyda mütləq yanımda olmalıdır. Nişanlım Tim də dərhal razılaşdı. Köhnə dostum, musiqiçi Todd bütün işlərini ataraq, təyyarəyə minib, özünü xəstəxanaya çatdırdı".

Mənbə bildirir ki, palatada toyun davam etdiyi dəqiqələrdə tibb bacıları dəhlizdə göz yaşlarını saxlaya bilməyiblər. Ən acınacaqlısı isə odur ki, Devidin ürəyi qızının toyu başa çatmamış dayanıb.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.