Maraqlı

Məktəbdən qovulan biznesmenin uğur sirləri

24 May 2020 19:54
0 Şərh     Baxış: 1 326
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniyalı iş adamı, Riçard Brenson 16 yaşında davamiyyətsizlik səbəbindən məktəbdən qovulur və dostu ilə birgə tələbə jurnalını təsis edərək öz karyerasına start verir. 1970-ci ildə o, "Virgin Records" səsyazma studiyasını yaradır, 1980-ci ildə "Virgin Atlantic" aviaşirkətini, 1990-cı illərdə isə "Virgin Mobile" mobil operator və "Virgin Trains" sərnişindaşıma şirkətlərini təsis edib. Bu gün, Riçard Brenson 400-dən artıq müəssisəni birləşdirən "Virgin" şirkətlər qrupunun sahibi olaraq Böyük Britaniyanın ən uğurlu biznesmenlərdəndir.

Milli.Az kaspi.az-a istinadən bildirir ki, sahibkarlıq fəaliyyətinin ikonası hesab olunan Riçard Brensonun uğur sirləri barədə saysız-hesabsız məqalələr yazılır, özü isə uğurlu olmaq istəyən insanlara məsləhət verməkdən çəkinmir. Riçard Brensonun məsləhətlərini nəzərinizə çatdırırıq:

Arzularının ardınca düş və sadəcə həyata keçir: Xəyallarınızı izləyin, həyatda sizi maraqlandıran işlərdə aktiv iştirak edin. Bir iş qurmaq niyyətindəsinizsə, əmin olun ki, bu, sizin hobbiniz və ya həqiqətən sevdiyiniz bir işdir.

Müsbət fərq yarat və yaxşılıq et: Sahibkar olmaq istəyirsinizsə, ilk növbədə digər insanların həyatına müsbət dəyişiklik gətirəcək bir ideyanız olmalıdır. Biznesin əsas məqsədi da məhz budur. 
 
İdeyanıza inanın və ən yaxşısı olun: İdeyanıza mütləq inanmaq lazımdır. Gördüyün işə inanmırsansa və ya onunla fəxr etmirsənsə, bu işlə məşğul olmağın heç bir mənası yoxdur.

Təslim olmayın: Təslim olmamaq çox vacibdir. Sahibkar olmaq macəraçı olmaq kimidir və bütün  çətinlikləri aşmaq üçün təslim olmadan gecə-gündüz işləməlisiniz.

İnsanlar sizin haqqınızda pis sözlər söylədikdə, əməlinizlə səhv etdiklərini sübut edin: uğurlu insanların ətrafında onların uğurunu özünə yazan və yaxud sizin gələcəkdəki uğurunuza inanmayan insanlar var.  Buna görə də, belə insanlara məhəl qoymamaq sənətini öyrənməlisiniz.

Zövq al və işçilərinə qayğı göstər:  işinizdən zövq almırsınızsa, onu davam etmək mənasızdır. Gördüyünüz iş əyləncəli və maraqlı olmalıdır, özünüz və sizinlə çalışan insanlar üçün xoş bir mühit yaratmalısınız. İnsanlar çiçəklərdən fərqli deyil. Bir çiçək suvarılırsa, çiçəklənir və bir çiçək suvarılmasa quruyur və ölür. Düşünürəm ki, eyni şey insanlar üçün də tətbiq olunur.

Ailənizlə vaxt keçirin və işi həvalə etməyi öyrənin: Bir biznesmen olaraq etməli olduğunuz ilk işlərdən biri də işi həvalə etmək sənətini öyrənməkdir. Daha böyük strategiyalar haqqında düşünmək və ailənizlə vaxt keçirmək üçün özünüzə zaman ayırın, şirkətlərin gündəlik əməliyyatlarını isə bu işi sizdən də yaxşı bacaran insanlara həvalə edin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.