Maraqlı

“Bozun 50 çaları” filminin açıq-saçıq səhnələrinin qəhrəmanından qlamur FOTOSESSİYA

13 May 2020 19:04
0 Şərh     Baxış: 1 756
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ehtiraslı və açıq-saçıq səhnələrin yer aldığı "Bozun 50 çaları" filmində canlandırdığı Anasteyşa obrazı ilə məşhur olan amerikalı aktrisa və model Dakota Conson "Marie Claire" jurnalının iyul buraxılışının siması olub.

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, 30 yaşlı Dakota rəngarəng geyimlərdə kamera önünə keçərək, cazibədar pozlar verib.

Gözəlliyi və ideal bədən quruluşu ilə əks cinsin nümayəndələrinin ağlını başından alan seksual Dakota həyatında baş verən maraqlı hadisələrdən danışaraq, etirafları ilə diqqət çəkib. 

Qeyd edək ki, Dakota Conson 36 yaşlı aktyor Сordan Mastersonla sevgili olub. Lakin cütlük 2014-cü ildə ayrılıb. 2014-cü ilin iyulunda aktrisa 37 yaşlı musiqiçi və model Metyu Heatla münasibət qursa da, iki ildən sonra yenidən tənha qalıb.

2017-ci ildə Dakota özündən 12 yaş böyük müğənni - "Coldplay" qrupunun 40 yaşlı üzvü Kris Martinlə görüşməyə başlayıb. Onların münasibəti hələ də davam edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.