Maraqlı

Aktrisa 6 günlük övladını itirdi

12 May 2020 17:22
3 Şərh     Baxış: 1 332
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rol aldığı film və TV şoularıyla tanınan 31 yaşındakı aktrisa Kara Keough Bosvorzun övladı ölüb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, koronavirus təhlükəsindən qorunmaq üçün uşağını evdə dünyaya gətirən sənətçi oğlunu qucağına aldıqdan 6 gün sonra onu itirib.

Bu haqda sosial şəbəkədə paylaşım edən Kara ikinci dəfə ana olacağını öyrəndiyi andan həyat yoldaşı Kyle Bosvorzla onun doğuşuna hazırlaşdıqlarını vurğulayıb. O bildirib ki, uşağı heç bir tibbi yardım almadan evdə doğub.

McCoy adı verilən körpədə nadir olaraq görülən "çiyin distosisi" qüsuru aşkarlanıb. Bu isə beyinə ciddi ziyan vurub. Halı pisləşən uşağı xəstəxanaya aparıblar, həkimlər müdaxilə etsə də onu xilas etmək mümkün olmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.