Maraqlı

Təyyarə ilə taksi dayanacağına eniş etdi, cinayət işi açıldı - FOTO

1 May 2020 17:33
0 Şərh     Baxış: 1 152
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hollivud ulduzu Harrison Ford haqqında cinayət işi açılıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, buna səbəb 77 yaşlı aktyorun Cənubi Kaliforniyada şəxsi təyyarəsi ilə kobud qayda pozuntusuna yol verməsidir.

Belə ki, Ford  hava gəmisi ilə aeroporta yox, taksi dayanacağına eniş edib. Ərazidəki hər kəsin həyatını təhlükəyə atan Harrison barədə Federal Uçuş İdarəsi (FAA) tərəfindən cinayət işi açılıb.

Qeyd edək ki, Ford eyni hadisə ilə 2017-ci ildə üzləşmiş, səhv eniş edərək ölümlə üzləşmişdi. 1960-cı ildən pilotluq edən aktyor 1999-cu ildə helikopterlə toqquşub, 2000-ci idə təcili eniş zamanı təyyarəni parçalayıb, 2015-ci ildə Santa-Monikada qolf sahəsinə eniş edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.