Maraqlı

Avropada turizm vauçerləri tətbiq edən ilk ölkə

29 Aprel 2020 17:30
0 Şərh     Baxış: 822
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Portuqaliyada istirahətin ləğv edilməsinə görə pul kompensasiyası verilməyəcək. Bunun müqabilində turistlərə gələcəkdə səfər etmək üçün vauçerlər təqdim olunacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Portuqaliyanın turizm üzrə dövlət katibi Rita Markes məlumat verib. O bildirib ki, koronavirus pandemiyası səbəbindən bu ölkədə istirahəti ləğv edilmiş turistlərə dəyən ziyanın yerini doldurmaq üçün yeni sxem tətbiq edilib. Pul kompensasiyası yerinə vauçerlər təqdim ediləcək. Bütün məhdudiyyətlər götürüləndən sonra bu vauçerlərdən Portuqaliyaya səfərlərin təşkilində istifadə ediləcək.

Dövlət katibi vurğulayıb ki, Portuqaliya Avropada turizm vauçerləri təqdim edən ilk ölkə olub. Yeniliyin məqsədi istehlakçıların hüquqlarını və turizm sənayesi nümayəndələrinin maraqlarını müdafiə etmək, "ləğv etmə, təxirə sal" prinsipinə müvafiqliyi təmin etməkdir. P.Markes ümidvar olduğunu bildirib ki, bütün dünyada vauçerlər sisteminin tətbiq olunması böhranın vurduğu ziyanı azaltmağa imkan verəcək. Belə ki, bu il beynəlxalq turizm axınının 39 faiz azalacağı ehtimal olunur ki, bu da səyahətlərin sayının 577 milyon azalması deməkdir. Yaranmış vəziyyət turizm sahəsi üçün real fəlakətdir. Dünyanın ümumi daxili məhsulunun 10 faizindən çoxu 320 milyon insanın çalışdığı bu sahənin payına düşür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.