Maraqlı

100-dən çox vətəndaşı özəl təyyarəsi ilə Türkiyəyə gətirəcək

28 Aprel 2020 18:54
0 Şərh     Baxış: 1 481
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Survivor" çəkilişləri üçün Dominikan Respublikasında olan aparıcı Acun Ilıcalı bölgədə karantində qalan 100-dən çox Türkiyə vətəndaşı üçün özəl təyyarəsini ayırıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə o, CNN-də yayımlanan "Tərəfsiz bölgə" proqramına virtual qonaq olarkən deyib.

Efirə görüntülü bağlanan Acun vətəndaşları Türkiyəyə gətirmək üçün Xarici İşlər Nazirliyindən icazə aldığını bildirib:

"Dominikanda ən böyük problem odur ki, vətəndaşlarımız Türkiyəyə qayıda bilmir. Karip adalarında çalışan dostlarımız karantindədirlər.  Müxtəlif adalarda 100-dən çox vətəndaşımız var. Türkiyə Xarici İşlər Nazirliyinə müraciət etdik. Mənə güvəndilər, buna görə təşəkkür edirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.