Maraqlı

Koronavirusa qalib gələn məşhur müğənni: Dəhşət idi...

10 Aprel 2020 21:39
0 Şərh     Baxış: 828
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir müddət əvvəl koronavirus infeksiyasına yoluxduğunu açıqlayan müğənni Pinkdən yeni xəbər var.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, 40 yaşlı sənətçi sağaldıqdan sonra həmin anlar yaşadıqlarını bölüşüb. Bu haqda Pink Ellen Decenersin şousunda danışıb.

O bildirib ki, özü ilə yanaşı 3 yaşlı oğlu da COVID-19-la mübarizədə qalib gəlib:

"İndi yaxşıyıq. Həftənin hansı günü olduğunu belə unutmuşam. Oğluma görə xəbəri gizli saxladım. İndi ailəm yaxşıdır. İlk əvvəl oğlum xəstələndi: hərarət, qarın ağrısı, sinəsində ağırlıq, boğaz şişmək. Bunlar bütün simptomlar deyil. Hər gün vəziyyət ağırlaşır və yeni simptomlar yaranır.

Astma xəstəsi olduğum üçün mən ağır keçirdim. Dəhşətli idi: nəfəs aparatı olmadan yaşaya bilmirdim. Çox qorxulu idi. Əvvəl heç vaxt belə qormamışdım. Ən pisi də odur ki, heç nə edə bilmirsən və çarəsizsən. Orqanizmin virusla mübariz aparmaq üçün zaman tələb edir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.