Maraqlı

8 il əvvəlin dueti qalmaqal yaratdı

10 Aprel 2020 23:29
0 Şərh     Baxış: 1 114
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin iki məşhur müğənnisi - Demet Akalınla Gökhan Özen arasında qalmaqal yaranıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb Demetin instaqramda paylaşdığı status olub. Belə ki, Akalın 2012-ci ildə Gökhanla oxuduğu "Yıkıl karşımdan" duetinin 8 il aradan sonra yenidən musiqi platformalarında rekord sayda yükləndiyini bildirib.  

Onun Demetin paylaşımına  "8 il əvvəlki mahnım yenə partladıb" yazması qarşı tərəfi özündən çıxarıb. Özen "bu mahnının söz, musiqisi, aranjimanı və miksi mənə məxsusdur. Elə bil mən yox, özü bunları edib. Duet jestimi də bir anlıq unudub. Canı sağ olsun. Biz də mahnısını təbrik edirik",- deyə reaksiya verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.