Maraqlı

Gəmidə koronavirus xəstəsi olduğunu eşidən sərnişinlər dənizə tullandı - VİDEO

10 Aprel 2020 23:24
1 Şərh     Baxış: 1 680
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İndoneziyanın Maumere şəhəri istiqamətində üzən bərənin heyət üzvlərinin koronavirusa yoluxması barədə məlumat sərnişinlərdə həyəcan yaradıb.

Milli.Az xəbər verir ki, həyəcanlanan bəzi sərnişinlər dənizə tullanıb. Məlumata görə, heyət üzvləri koronavirusa yoluxduğu üçün gəminin limana yaxınlaşmasına icazə verilməyib. Hadisə zamanı gəmidə 255 sərnişin olub. Onlar məlumatı eşidən kimi səs-küy yaradıblar. Bəziləri isə həyəcandan dənizə tullanıb. Onlar dərhal xilas edilib. Ardınca bərənin limana yaxınlaşmasına icazə verilib. Bütün sərnişin və heyət üzvləri karantin altına alınıb.

Qeyd edək ki, İndoneziyada 2956 nəfər koronavirusa yoluxub. 240 nəfər həyatını itirib. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.