Maraqlı

Dünyada ən çox “Oskar” qazanan sənətçi... - FOTO

10 Aprel 2020 16:56
0 Şərh     Baxış: 1 034
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktyorların əksəriyyəti birdən çox "Oskar"ın sahibidir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ən çox "qızıl adam"ın sahibi olan şəxs sizi isə çaşdıra bilər.

Aktyor Maherşala Ali ötən il "Yaşıl kitab" filmindəki rolu üçün evinə iki "Oskar" aparıb. İndiyədək cəmi 2 dəfə namizəd olan Alinin "Oskar"ı qazanma şansı 100% olub. İki "Oskar" almaq prestijli səslənsə də, tarixdəki bəzi aktyorlarla müqayisə etsək, bu, o qədər də heyranedici deyil.

Merayl Stripi isə sevənlərin sayı xeylidir, lakin o, ən çox "Oskar"a sahib şəxs deyil. İndiyədək 21 dəfə namizəd olsa da, rekord aktrisanın əlində deyil. 2018-ci ildə "The Post" filmi ilə "Oskar" qazansaydı, bu gün bu siyahıda birinci ola bilərdi.

Lakin yenə də birincilik aktrisalardadır. İndiyədək ən çox "Oskar" qazanan aktrisa Ketrin Hepbörndür. Karyerası boyu 4 "Oskar" qazanan Ketrin 26 yaşında məşhurlaşıb. O, 1933-cü ildə "Sarmaşıq" filmi ilə ilk "Oskar"ını qazanıb. Bundan sonra 34 il "Oskar" qazana bilməyən Hepbörn 1967-ci ildə "Şam yeməyinə kim gəlir" filmi ilə ikinci, 1968-ci ildə "Lion" filmi ilə üçüncü, 1981-ci ildə isə "Qızılı gölməçə" adlı ekran işi ilə dördüncü "Oskar"ını əldə edib.

Maraqlısı isə odur ki, sənətçi heç bir mükafatanı şəxsən qəbul etməyib. Ona niyə mərasimlərə qatılmadığı barədə sual ünvanlananda isə "Mükafatın mənası yoxdur. Mükafatım mənim işimdir" deyə, söyləyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.