Maraqlı

“Karankini”: tibb maskalarından mini-bikinidə şəkil çəkdirmək dəbi - FOTO

10 Aprel 2020 10:04
15 Şərh     Baxış: 3 742
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus pandemiyasının dünyada tüğyan etməsinə baxmayaraq bəzi qadınlar bu xəstəliyi "dəbli trendə" çevirməyə çalışır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bəzi modabazların "ixtira etdiyi" karankini  adlı geyim ("quarankinis" - "karantin üçün bikini") izləyicilər tərəfindən birmənalı qarşılanmır.

Əsasən, tibbi maska qıtlığı müşahidə edilən ölkə sakinləri bu trendi tənqid atəşinə tutub.

Qeyd edək ki, ilk dəfə bu cür şəkli vyetnamlı bloqer və Good.sg internet-dükanının sahibi Oan (Oanh) paylaşıb.

Bloqerin çoxlu sayda tənqidi yazıdan sonra bu şəkli pozaraq izləyicilərindən üzr istəməsinə baxmayaraq, dünyanın fərqli nöqtələrində yaşayan qadınlar bu "trendə" qoşulub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.