Maraqlı

Bir gündə 55 min insan virus ocağını tərk etdi

10 Aprel 2020 07:21
0 Şərh     Baxış: 1 264
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni tip koronavirusun ortaya çıxdığı Çinin Hubey əyalətinin Uhan şəhərindən kütləvi köç dalğası başlanıb.

Milli.Az xəbər verir ki, 7 apreldə karantin tədbirlərinin yumşaldılmasından sonra 55 min nəfər şəhəri tərk edib.

"Channel News Asia" bildirib ki, 11 milyon əhalisi ola şəhərin avtobus terminalları və qatar stansiyalarında uzun növbələr yaranıb. Tianhe hava limanında bəzi uçuşların başlanması ilə daha 10 min nəfərin şəhəri tərk edəcəyi gözlənilir.

Artıq Uhandan Şanxay, Pekin və Şıncın şəhərlərinə aviareyslər var.

Son rəqəmlərə görə, Çində 81 min 865 nəfər infeksiyaya yoluxub, 3 min 336 nəfər dünyasını dəyişib. 77 min 370 xəstə sağalıb. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.