Maraqlı

"Virusa yoluxan ilk 50 nəfəri öldürməliydik" - PROFESSOR

10 Aprel 2020 08:11
0 Şərh     Baxış: 2 763
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zaman keçdikcə koronavirus bəşəriyyət üçün daha böyük təhlükəyə çevrilir. Virusa yoluxanların sayı 1,5 milyona yaxınlaşır. Ölənlərin sayının 100 minə çatmasına çox qalmayıb.

Milli.Az bizimyol.info -ya istinadən xəbər verir ki, Türkiyənin Halk TV telekanalına müsahibə verən professor Əli Dəmirsoy qalmaqal doğura biləcək ifadələr işlədib. "Virusa yoluxan ilk 50 nəfəri öldürməliydik", - elm adamı belə deyib.

"İndiki zaman siyasət" adlı proqrama canlı qoşulan Əli Dəmirsoy koronavirusla bağlı fikrini bildirib. Onun fikrincə, Çin virusa yoluxan ilk 50-60 nəfərlə bağlı qəti tədbirlər görməliydi. Professor deyir ki, həmin virus daşıyıcıları ya uzaq adaya aparılmalı, ya da öldürülməliydi.

Bioloq alim hesab edir ki, pandemiya hələ uzun müddət qorxu küləyi əsdirəcək. Dəmirsoy 1 milyona qədər insanın öləcəyini proqnozlaşdırır. Elm adamı deyir ki, bu qədər adamın tələf olmasındansa, 50 nəfər öldürülməsi yaxşıdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.