Maraqlı

Pandemiya ilə mübarizəyə 1 milyard dollar ayırıb

8 Aprel 2020 08:35
3 Şərh     Baxış: 1 294
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Twitter" şirkətinin baş direktoru Cek Dorsi yeni növ koronavirusla (COVİD-19) mübarizəyə 1 milyard dollar ayırıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə C.Dorsi öz "Twitter" səhifəsində yazıb.

Baş direktor deyib: "Mən "Square" şirkətindəki hissəmdən 1 milyard dollar "Start Small" fonduna COVİD-19 ilə qlobal mübarizə üçün ianə edəcəyəm. Bu, mənim sərvətimin təxminən 28 faizidir".

C.Dorsi əlavə edib ki, pandemiya bitdikdən sonra qalan vəsait təhsil və səhiyyəyə yönləndiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.